15-02-2016 [19:06]
Türkiyə döyüş təyyarələrinin Şimali İraqda keçirdiyi ardıcıl hava hücumlarından sonra PKK terrorçuları bölgəni tərk etməyə başlayıb.
Axar.az MehmetcikTV-yə istinadla xəbər verir ki, Qəndil dağlarından geri çəkilən separatçılar Sincar dağlarında möhkəmlənmək qərarına gəlib.
"Akit” qəzetinin kəşfiyyat orqanlarından əldə etdiyi məlumata görə, terrorçuların qəfil hazırlığı Qərb kəşfiyyatından daxil olan məlumatlardan sonra daha da sürətlənib. Çünki bir müddət əvvəl Türkiyə xüsusi təyinatlıları Qəndildən geri çəkilməyə hazırlaşan yaraqlılara qarşı genişmiqyaslı əməliyyata hazırlaşırmış. Hava hücumlarından sonra terrorçu qərargahlarında quru əməliyyatı keçirəcək ordu birlikləri təşkilatın əsas üzvlərini canlı ələ keçirərək Türkiyəyə gətirəcəkdi.
Məhz bu səbəbdən gizli əməliyyat planından xəbər tutan terrorçular Mosulun 120 kilometrliyində yerləşən Sincar dağlarına üz tutub.
Sincar dağının seçilməsinin bir neçə önəmli səbəbi var. Regionun başlıca müsbət xüsusiyyəti isə Məsud Bərzani liderliyindəki İraq Regional Kürd Rəhbərliyi və İrana daha yaxın olmasıdır.
Qeyd edək ki, Sincar bölgəsi 2014-cü ilin avqustunda İŞİD tərəfindən işğal olunmuşdu. Lakin peşmərgə qüvvələri 2015-ci ilin noyabrında Sincarı tamamilə nəzarət altına alıb.
Bölgə İŞİD-in iki əsas qalası - Suriyadakı Rakka və Şimali İraqdakı Mosul şəhərləri arasında strateji mövqedə yerləşir. Sincarın alınması ilə İŞİD-in əsas qolları arasında əlaqə kəsiməli idi.
Sincar dağının kürdlər tərəfindən azad edilməsində ABŞ döyüş təyyarələrinin müstəsna xidməti olub. Vaşinqtonun bölgəni azad etdikdən sonra PKK-nın Sincara daşınma planları ilə əlaqəli olub-olmadığını isə zaman göstərəcək.
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
Azər Bağırov "Kəpəz"lə razılaşıb
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitet korpuslarının açılışında iştirak ediblər
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev
Sabiq idarə rəisi məhkmədə ittihamı rədd etdi: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb - MHŞ-da iclas olub
“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
"Xəzər dənizi diqqətdən kənarda qala bilməz" - Muxtar Babayev
"Taliban" ölkədə internet və mobil telefonları qadağan edib - Seks videolarına görə
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır: "Zərurət olarsa..."
XİN-dən Çinə mesaj: "Milli bayramınız mübarək!"
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq" - AZAL-ın vurulan təyyarəsi haqda açıqlama
Azərbaycan nefti 69 dollara düşdü
Okan Buruk: "Çempionlar Liqasında qalib gəlmək asan deyil"
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"