“Türkiyə küncə sıxılmış vəziyyətdədir..." - Rusiya İranla birgə böyük müharibə anonsu verdi

img

15-02-2016 [17:17]


Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev Rusiya və İranın iştirakı ilə böyük müharibənin yarana biləcəyini açıqlayıb.

RİA-nın suallarını cavablandıran Kosaçev Yaxın Şərq böhranının qızışmasında Qərb və Türkiyəni günahlandırıb:

"Türkiyə küncə sıxılmış vəziyyətdədir. Qərb isə Türkiyəyə dəstəyinə zəmanət verə bilmir. İranın, daha da pisi Rusiyanın iştirakı ehtimal olunan böyük müharibənin yaranma riski var. Rusiyanın dəstəyi ilə hərəkət edən Suriya ordusu Türkiyənin hücumlarına qarşı çıxan hər bir qrupa dəstək verəcək. Türkiyənin təşkil etdiyi hücumlar kəsərli ola bilər. Lakin kürdlərə silah verilsə, Rusiyanın müdaxiləsi olmadan Ankaranın planları alt-üst ola bilər”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA