2009-də dilənçilik edən 682 azyazlı uzaq, 327 valideyn saxlanılıb

img

11-03-2010 [02:37]


Yetkinlik yaşına çatmayanların avaralıq və dilənçiliyə, əxlaqsız həyat tərzinə, qeyri-qanuni qulluğa və başqa qanunazidd digər əməllərə cəlb edilməsinin qarşısının alınması və profilaktikası məqsədilə ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2100 reyd və yoxlama keçirilib. Bu barədə Nazirlər Kabinetinin 2009-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim olunan hesabatda bildirlib. Müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polisə, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 3980 nəfər gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan 682-si avaralıq və dilənçilik edən edən azyaşlıdır, 327-si uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən valideyndir. Müəyyən edilmiş azyaşlılardan 362 nəfəri, eləcə də övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları qanunazidd əməllərə cəlb edən 41 valideyn polisdə profilaktiki qeydiyyata götürülüblər. Ailə himayəsindən və pedaqoji təsir vasitələrindən kənarda qalan 939 azyaşlı təlim-tərbiyə müəssisələrinə qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA