Dövlət ittihamçısı bloqqerlər barədə hökmü qüvvədə saxladı

img

10-03-2010 [04:58]


Martın 10-da gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılır. Bloqqerlərin vəkilləri apelyasiya şikayətində göstərilən dəliləri məhkəmənin nəzərinə çatdırıb. Dövlət ittihamçısı isə bu dəlillərin araşdırma zamanı özünü doğrultmadığını əsas gətirərək I instansiya məhkəməsinin hökmünü qüvvədə saxlanılmasını istəyib. Son məhkəmə iclasında vəkillər hazırlaşmaq üçün məhkəmədən vaxt istəmişdi. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərinin sifarişli olduğunu düşünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA