Bakı səmasında hərbi təyyarə yandı

img

10-03-2010 [01:53]


Martın 9-da ?Brüssel-Qəndəhar? reysi ilə uçan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava limanında qəza enişi edib. Vesti.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Hadisə Azərbaycanın hava məkanında baş verib. Belçikanın ?Barqo Alfa Foks? şirkətinə məxsus təyyarənin içində yanğın olub. Ekipaj üzvləri yanğını öz qüvvələri ilə söndürsələr də, təyyarənin komandiri Bakı hava limanına təcili eniş barədə qərar qəbul edib. Hadisə zamanı təyyarədə 14 sərnişin və 9 ekipaj üzvü olub. ?AZAL?ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ANS PRESS-ə bildirib ki, hazırda Belçikaya məxsus təyyarə bu ölkədən gələcək mütəxəssis heyətini gözləyir. Məhz onların təyyarəyə baxışından sonra ?Brüssel-Qəndəhar? reysi ilə hərəkət edən təyyarənin məcburi eniş səbəbi və uçuşun davam etdirilib-etdirilməməsi məlum olacaq. M. Səfərlinin sözlərinə görə, təyyarənin qəza enişi etməsinə səbəb mühərrikdə yaranmış nasazlıq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA