Azərbaycanda zirkətin baz mühasibi və izçisi 285 239 manat məbləğində vəsait mənimsəyib

img

06-03-2010 [01:53]


Azərbaycanda fəaliyyət göstərən şirkətə qarşı külli miqdarda talançılıq edilməsi faktı aşkarlanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, "Kervitaş Qida Sənaye və Ticarət Anonim" şirkətinin baş mühasibi Leyla Tahirova və oranın işçisi Aqşin Quliyev şirkətin möhürlərindən istifadə etməklə imzaları saxtalaşdırma yolu ilə 73 ədəd ödəniş tapşırıqları tərtib edərək "Yapı Kredi" bankında olan hesablaşma hesabından "FF Kompani" MMC-nin və digər şəxslərin adlarına olan hesabına köçürərək 285.239 manat məbləğində pul vəsaitini bank kitabçası ilə nəğdləşdirərək talayıblar. Faktla əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA