Bakı zəhər Prokurorluğu və Baz Polis idarəsi iki il əvvəl törədilmiz qətllə bağlı birgə məlumat yayıb

img

05-03-2010 [05:18]


Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi 2 il əvvəl qəsdən adam öldürməkdə təqsirli bilinən Yuri Belousovun həbs olunması barədə birgə məlumat yayıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabrında Fərhad Quliyevi qəsdən öldürməkdə şübhəli bilinən Yuri Belousov bu il martın 3-də tutulub. Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Aparılmış istintaq zamanı məlum olub ki, əvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Y.Belousov Nardaran qəsəbəsində Həmid adlı şəxsin bağ evində gözətçi işləyərkən, 2008-ci il noyabrın 27-də, saat 22 radələrində tanışı F.Quliyev onun yanına gəlib. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bu zaman Y.Belousov özündə olan bıçaqla F.Quliyevə bir neçə bıçaq zərbəsi vuraraq onu öldürüb. Bundan sonra o, həmin evin digər otağında olan şəxslərin köməyi ilə F.Quliyevin meyitini yaxınlıqdakı bağ sahələrinin birində basdıraraq cinayətinin üstünü örtməyə çalışıb. Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Belousov törətdiyi cinayət əməlini etiraf edib və özünun də iştirakı ilə meyitin basdırıldığı əraziyə baxış keçirilib. Həmin yerdən F.Quliyevin meyiti aşkar edilərək müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA