Ucar rayonunda ər arvadının ailə münaqizəsi zəmnində qətlə yetirib

img

04-03-2010 [12:26]


Ucar rayonunda ər arvadının qətlə yetirib. 43 yaşlı Hüseynov Aqil Ağakərim oğlu həyat yoldaşı, 36 yaşlı Mətanət Hüseynovanı bıçaqlayıb. Hadisə Ucar şəhərindəki 20 Yanvar küçəsidə baş verib. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ucar Rayon Polis İdarəsindən bildirilib ki, Aqil Hüseynov saxlanılıb. Onun özünün də əlində xəsarət olduğundan, hazırda rayon xəstəxanasındadır. Mətanət Hüseynovanın meyiti isə rayon morqundadır. Faktı rayon Prokurorluğunun əməkdaşları araşdırırlar. Amma onlar hadisənin təfərrüatları ilə bağlı heç bir məlumat verməyiblər. Qeyd edək ki, Aqil Hüseynov qətli törətdikdən sonra ANS-in ?Qaynar xətt?inə zəng edib. O bildirib ki, namus üstündə arvadının başını kəsib, indi isə hüquq-mühafizə orqanlarına təslim olmağa gedir. Mətanət Hüseynovanın bədənində çoxsaylı bıçaq xəsarətlərinin, eləcə də boğazında kəsiklərin olduğunu Ucar rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də təsdiqləyiblər. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA