DiN və Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat verənə 10 min manat mükafat verəcək

img

03-03-2010 [02:05]


Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu il fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində baş verən qətllə bağlı birgə məlumat yayıb. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, naməlum şəxs ?Makarov? tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır. Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlayıb. Fotorobotu bir daha təqdim edərək onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, ?102 Zəng Xidməti? və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur. Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA