Azərbaycanlı qadın Türkiyədə qadın alverinə görə tutuldu

img

02-03-2010 [07:32]


Türkiyənin Nevşehir şəhərinin polisləri qadın alveri ilə məşğul olanları saxlayıb. Müstəqil İnformasiya Agentliyi Türkiyənin haber50.com saytına istinadən xəbər verir ki, polis Nevşehir şəhərindən Alacaşar qəsəbəsinə gedən yolda reyd zamanı bir avtomobil saxlayıb. Avtomobildə olan Y.K., S.B. və D.H. adlı şəxslər yanlarında olan Azərbaycan əsilli S.G. adlı qadını pul qarşılığında E.N. adlı qadından aldıqlarını söyləyiblər. Bu səbəbdən də polis əməliyyat axtarış tədbirlərinə start verib. Əməliyyat keçirən polis E.N. adlı qadını yaxalayıb. E.N. xarici ölkə vətəndaşı olan gənc qız və qadınları fahişəliyə təşviq və vasitəçilik etdiyinə görə mühakimə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA