Ata namus üstündə qızının bazını kəsdi

img

02-03-2010 [01:57]


Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Hadisə martın 1-i baş verib. Gürcüstan vətəndaşı, 60 yaşlı Moyli Tanrıverdi oğlu Məmmədov Bakıda yaşayan qızı, 36 yaşlı Rahilə Ənsorovanın 7-ci MKR-dakı evinə qonaq gəlib. Təxminən saat 21:00 radələrində Gürcüstana qayıtmalı olduğunu bildirərək qızının onu ötürməsini istəyib. Mənzildən bir az aralıda yerləşən Hacıyev küçəsindəki maşın qarajlarının yanına çatanda üzərində olan bıçaqla qızının boğazının ön nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət yetirib. Rahilə Ənsorova hadisə yerində keçinib, ata isə polisə gedərək törətdiyi hadisəni etiraf edib. O, ifadəsində hadisəni namus üstündə törətdiyini, Gürcüstandan Bakıya qızını öldürmək məqsədi ilə gəldiyini etiraf edib. Amma əməlindən nisbətən peşman olduğunu deyib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşrırma aparılır. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA