"Mercedes-Benz"lə "Hyundai" toqquzub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

img

01-03-2010 [03:07]


Fevralın 28-də axşam saatlarında Bakı-Salyan yolunun 26-cı kilometrliyində "Hyundai" və "Mercedes-Benz" markalı 2 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanıb, "Hyundai" markalı avtomobildə olan sərnişin həlak olub. Xilasedicilər hadisə yerində sürücülərə ilkin tibbi yardım göstəriblər. Yaralılar və sərnişinin cəsədi aidiyyəti üzrə təhvil verilib. a-sürtgü materiallarının ətrafa dağılması nəticəsində yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA