Hərbi xidməti baza vurmasına üç ay qalan Azərbaycan əsgəri intihar edib

img

01-03-2010 [12:33]


Müdafiə Nazirliyinin Goranboyda yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgər intihar edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sumqayıt şəhər Hərbi Komissarlığından həqiq hərbi xidmətə çağrılmış Elçin Abdulrəhim oğlu Abduləzimov xidmət etdiyi hərbi hissədə özünü asaraq intihar edib. Əsgərin intihar səbəbləri məlum deyil. Faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, E.Abduləzimovun hərbi xidməti başa vurmasına 3 ayı qalıbmış. Əsgərin dayısı Mehdi Əli oğlu Ataşovun anspress-ə verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özünə qəsd etməsinə səbəb də bu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA