Qəzada ölən və yaralanan əsgərlərin adları məlum oldu

img

27-02-2010 [12:52]


Dünən Bakının Qaradağ rayonunda hərbi maşınla avtobusun toqquşması nəticəsində ölən və yaralanan əsgərlərin adları açıqlanıb. Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində ölən Daxli Qoşunların Biləcəri qəsəbəsindəki ?N? saylı hərbi hissəsinin əsgəri, 2009-cu ildə Ağdaş rayon Hərbi Komissarlığından xidmətə çağrılmış 1990-cı il təvəllüdlü Fərhad Nadir oğlu Fərzəliyevdir. Xəsarət alaraq Hospitala aparılan əsgərlər isə aşağıdakılardır: -1990-cı il təvəllüdlü Tural Arif oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Kamal Raisa oğlu Talıbzadə, 1991-ci il təvəllüdlü Rahib Kamal oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Cavid Zakir oğlu Həsənov, 1991-ci il təvəllüdlü Tofiq Əlifağa oğlu Qasımov, 1991-cı il təvəllüdlü Bahəddin Aydın oğlu Həsənov, 1991-ci il təvəllüdlü Bəhruz Bəhram oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Söhrab Zöhrab oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Nihat Nadir oğlu Hacıyev . Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə xəsarət alanların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Qaradağ rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Qeyd edək ki, fevralın 26-da paytaxtın Qaradağ rayonu ərazisində Daxili Qoşunların şəxsi heyətini daşıyan maşın yolun əks istiqaməti ilə hərəkət edən ?Ford? markalı marşrut avtobusu ilə toqquşub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA