Bakının mərkəzində 22 mərtəbəli yazayız binasında yanğın baz verib

img

24-02-2010 [12:44]


Dünən Bakı şəhəri, Nəsimi rayonunda 22 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən, vətəndaşa məxsus idman-sağlamlıq mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 550kv.m. olan saunanın yanar konstruksiyaları 54kv.m. sahədə yanıb. Binanın 5 sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub, idman-sağlamlıq mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA