Sumqayıtda valyutadəyizmə məntəqəsində izləyən ata və oğula silahlı hücum edənlərin fotorobotu

img

23-02-2010 [06:52]


Sumqayıtda valyutadəyişmə məntəqəsində işləyən ata və oğula silahlı hücum edənlərin fotorobotu hazırlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də səhər saat 07:30 radələrində 1-ci mikrorayonda yerləşən bina 13/11-in qarşısında həmin binanın sakinləri ata və oğul İsmayıl və Vüqar Balayevlər iş yerinə gedərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən şəxsin iki nəfər olduğu ehtimal edilir. Həmin şəxslərin kimliyi hələlik məlum deyil. Əməliyyat axtarış tədbirləri davam etdirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA