Qohumunu baltalayan tutulub

img

19-02-2010 [02:49]


Fevralın 18-də saat 23.50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Bayram Əliyev ailə münaqişəsi zəminində qohumu Tofiq Həsənova balta ilə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, xəsarət almış T.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA