Prokurorun 12 həbs cəzası istədiyi "Lotu Süleyman" məhkəmə zalından azadlığa buraxıldı

img

18-02-2010 [04:32]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə bəraət verib. Kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinova bəraət hökmü çıxarılıb və o, məhkəmə zalında azad edilib. Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunurdu. İttihama görə, S.Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə "Makarov" markalı tapançadan atəş açaraq onu yaralayıb. 11 il istintaqdan yayınan S.Şirinov 2008-ci ildə həbs edilmişdi. Qeyd edək ki, prokuror təqsirləndirilənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA