Ramil Usubov izdə yol verdiyi nöqsanlara görə izdən çıxardığı keçmiz polis rəisini BŞBPi-də vəzifəyə gətirdi

img

11-02-2010 [03:55]


Bir müddət öncə daxili işlər naziri Ramil Usubovun əmri ilə Sumqayıt şəhər polis idarəsinin rəisi, daha sonra Kürdəmir rayon polis şöbəsinin rəisi vəzifəsindən çıxarılan Mehdi Hümbətov yeni vəzifəyə təyin olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, M.Hümbətov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi təyin olunub. Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da məlumatı təsdiqləyib və bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Mehdi Hümbətov Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə şöbə rəisi təyin edilib. Qeyd edək ki, M.Hümbətov bundan əvvəl Sumqayıt və Kürdəmir rayon Polis Şöbələrinin rəisi vəzifəsində çalışıb. O, işində yol verdiyi nöqsanlara görə, 2009-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA