Bakıda və Sumqayıtda bir gündə 7 nəfər dəm qazından zəhərlənib

img

11-02-2010 [01:56]


Dünən Bakıda və Sumqayıtda 7 nəfər dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dünən saat 08.00 radələrində Yasamal rayonu S.Rəhimov küçəsi ev 60-da yaşayan İbrahim Mütəllibzadə evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Eyni gün saat 01.25 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ev 22-də yaşayan Vəfa İbayeva mənzilindən dəm qazından zəhərlənib. Saat 06.45 radələrində isə Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11-də yaşayanlar Bəsti Muradova, Kamilə Muradova, Gülnar Şirəliyeva və Elxan Şirəliyev mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Eyni gündə saat 06.00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ev 19/27-də yaşayan Bəylər Cəfərov evindən dəm qazından zəhərlənib. Bütün faktlar üzrə araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA