Nəqliyyat müfəttizlərinin daha bir qanunsuzluğu

img

06-02-2010 [03:05]


Nəqliyyat Nazirliyinin yolları mühafizə xidmətinin əməkdaşları daha bir özbaşınalıq ediblər. Müstəqil İnformasiya Agentliyinin Muğan bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, nəqliyyat müfəttişlərinin özbaşınalığı qəza ilə nəticələnib. Belə ki, iki gün öncə nəqliyyat müfəttişləri İmişli Daş karxanasından yük aparan ?KamAZ? markalı avtomobili saxlamaq istəyiblər. Lakin nəqliyyatçıların rüşvətxorluğundan və özbaşınalığından bezən sürücü avtomobili saxlamayıb. ?Vaz 2107? markalı avtomobildə olan nəqliyyat müfəttişləri ?KamAZ?ı təqib edərək, onun qarşısını kəsmək istəyiblər. Bu zaman yüklü olan ?KamAZ?ı saxlamaq mümkün olmayıb. Nəticədə ?KamAZ? nəqliyyat müfəttişlərinin avtomobilini vurub. Amma təsadüf nəticəsində ?Vaz 2107?də olanlar xəsarət almaqla canlarını qurtara biliblər. Məsələnin böyüməməsi üçün ?Vaz 2107? markalı avtomobili hadisə yerindən uzaqlaşdırıblar. Yaralanan nəqliyyat müfəttişi xəstaxanaya aparılsa da, hadisənin başqa zəmində baş verdiyi bildirilib. Müxbirimizin verdiyi məlmata görə, hazırda baş verən hadisənin ört-basdır edilməsinə çalışılır. Bu da bir müddət öncə Dəvəçidə nəqliyyat işçilərinin Mehman Əmirquliyevi döyməsindən sonra açılan cinayət işi ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA