?Sədərək? ticarət mərkəzindən xeyli miqdarda pul oğurlanıb

img

30-01-2010 [11:59]


Yanvarın 28-də ?Sədərək? ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ticarət mərkəzindəki mağazadan xeyli miqdarda pul oğurlanıb. Verilən məlumata görə, Sulutəpə sakini Zaur Mahmudova məxsus mağazanın kassasından 4750 manat, 1700 ABŞ dolları və 1000 rubl oğurlanıb. Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Bakı şəhər sakini Elxan Kərimov və Xaçmaz rayon sakini Vadim Heydərov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA