FHN xilasediciləri mənzildə bağlı qapı arxasında qalan Bakı sakinin meyitini azkarladı

img

25-01-2010 [01:32]


Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1953-cü il təvəllüdlü Faiq Qulamrza oğlu Cəmşidi döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə nəticəsində F.Cəmşidinin vəfat etdiyi müəyyən olunub. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:24-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA