DiN adam oğurluğu ilə məzğul olan daha bir mütəzəkkil dəstəni zərərsizləzdirib

img

23-01-2010 [01:08]


Azərbaycanda mütəşəkkil şəkildə adam oğurluğu ilə məşğul olan Çin vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 22-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyong ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 2009-cu il noyabr ayının 13-də həmyerliləri tərəfindən onun və qardaşı Liu Xiaolein Masallı rayonu ərazisindən oğurlanaraq Bakı şəhərinə gətirilib 2 gün saxlanılmaları, arvadı Huonq Suzhendən 22.000 dollar alındıqdan sonra azad edilmələrini bildirib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş mütəşəkkil cinayətkar dəstənin başçısı, Çin Xalq Respublikasının vətəndaşı Ci Fonq Pinq və dəstənin üzvü, həmyerlisi Hu Ye yaxalanıblar. Mütəşəkkil dəstənin digər üzvlərinin də müəyyən edilib tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla əlaqədar Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA