Ramil Usubov Cavid Qurbanovun qardazını Xaçmaz rayonuna polis rəisi təyin etdi

img

18-01-2010 [07:10]


Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Şəhriyar Şəmşirli Xaçmaz rayon Polis şöbəsinə rəis təyin edilib. Qeyd edək ki, Şəhriyar Şəmşirli bir müddət əvvələ kimi Quba rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Onun yerinə Salyan RPŞ-nin rəisi Fuad Məmmədli isə R.Usubovun əmri ilə Quba rayon Polis Şöbəsinə rəis təyin olunub. Onu da nəzərə çatdıraq ki, Şəhriyar Şəmşirli ?Azəryolservis? ASC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA