Imkansızlıqdan toy edə bilməyən 22 yazlı gənc intihar etdi

img

18-01-2010 [05:42]


Dünən gecə saatlarında Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində intihar hadisəsi baş verib. Verilən məumata görə, 1988-ci il təvəllüdlü, orta təhsilli Elnur Mahmudov özünü yaşadığı evin həyətindəki dirəkdən asıb. İlkin ehtimala görə, hadisəyə səbəb 22 yaşlı gəncin toy edə bilməməsi olub. O, bir müddət nişanlı qalsa da bu ilin qış aylarında toy etmək istəyib, lakin valideynləri imkansızlıq üzündən toyu yay aylarına qədər təxirə salmaq barədə qərar verib. Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Rafael Həsənov anspress-ə deyib ki, yaxınları E.Mahmudovun hərbi xidmətdən qayıtdıqdan sonra nisbətən əsəbi olduğunu bildiriblər. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA