Polis ?ABU-Petrol?da soyğunçuluq edən zəxsi yaxalanıb

img

13-01-2010 [04:25]


Yanacaqdoldurma məntəqəsində soyğunçuluq edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Pirallahı qəsəbə sakini Sədrəddin Şeydayev yanvarın 11-də Zirə qəsəbəsində yerləşən ?ABU-Petrol? yanacaqdoldurma məntəqəsinə gələrək operator Vasif Kərimovu bıçaqla hədələyərək ondan pul tələb edib. Müqavimətlə rastlaşan S.Şeydayev hadisə yerini tərk edib. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində AR CM-in 182 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA