Emin Milli və Adnan Hacızadənin məhkəməsi təxirə salındı

img

08-01-2010 [12:53]


Bu gün Bakı Apellyasiya Məhkəməsində gənc fəallar Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə məhkəmə iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Qabil Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəkillər İsaxan Aşurov və Elton Quliyev zərərçəkən tərəfin məhkəmədə iştirak etməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti qəbul edib və zərərçəkənlərin prosesdə iştirakının təmin olunacağını bildirib. Proses yanvarın 22-nə təxirə salınıb. Xatırladaq ki, A.Hacızadə və E.Milli bu il iyulun 8-də paytaxtın ?Livan? restoranında baş verən münaqişədən sonra tutulublar. Noyabrın 11-də Səbail Rayon Məhkəməsi Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər. Gənclər ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA