Neft Akademiyasındakı qətliamla bağlı istintaqın müddəti uzadılıb

img

07-01-2010 [07:20]


Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) insanların xüsusi amansızlıqla qətlə yetirildiyi silahlı basqınla bağlı əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaqın müddəti uzadılıb. Respublika Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda iş üzrə istintaq yekunlaşmaq üzrədir. Proses yekunlaşandan sonra istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Xatırladaq ki, 29 yaşlı Qədirov Fərda Əsəd oğlu ötən il aprelin 30-da ADNA-da "Makarov" tipli tapançadan atəş açaraq 12 nəfəri öldürüb, sonra da intihar etmişdi. Cinayət işi üzrə Ariz Qabulov, Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29.120.2.7-ci (adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA