Saatlıda körpü uçub

img

07-01-2010 [12:46]


Hacıqabul-Saatlı-Minçivan avtomobil yolu üzərindəki Saatlı rayonu ərazisindən keçən körpü qəzalı vəziyyətə düşüb. Körpüdən avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 59 saylı Saatlı yol istismarı idarəsinin rəisi Yusif Babayevin verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin ?Azəryolservis? idarəsinin mütəxəssisləri körpüyə baxış keçiriblər. Bundan sonra körpünün əsaslı təmir olunması barədə qərar verilib.(anspress) Onun sözlərinə görə, körpü yanvar ayının 4-ü saat 16:40-dan etibarən bağlanıb. Uzunluğu 83, eni 11,5 metr olan körpünün qəzalı vəziyyətə düşməsinə səbəb, ağırtonnajlı yük maşınlarının körpüdən intensiv istifadəsi olub.? Hazırda ?Azərkörpü? ASC-yə hər birinin uzunluğu 9, eni 1 metr, qalınlığı 50 sm olan 124 dəmir beton piltə sifariş verilib. Əsaslı təmir 4 aya yaxın vaxt aparacaq?. Y.Babayev təmirdən sonra körpünün yükgötürmə qabiliyyətinin iki dəfəyə kimi artacağını bildirib. Qeyd edək ki, hazırda sürücülər alternativ yol kimi İmişli-Biləsuvar-Salyan, İmişli-Kürdəmir yollarından istifadə edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA