Metronun Əzizbəyov stansiyasına bomba həyəcanı yazandı

img

06-01-2010 [01:38]


Bakı metrosunda daha bir bomba həyəcani yaşanıb. Belə ki, yanvarın 5-də saat 20.30 radələrində naməlum şəxs FHN-in ?112? xidmətinə zəng edərək metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürüldükdən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA