?Kurtlar Vadisi?nin Polat Alemdarına özəndi atasını tapança ilə öldürdü

img

04-01-2010 [06:24]


Həm Türkiyədə, həm də Azərbaycan və digər ölkələrdə maraqla izlənən ?Kurtlar Vadisi? teleserialını izləmə rekordlarını qırmaqla yanaşı, müəyyən problemlər də yaradıb. Müstəqil İnformasitya Agentliyinin ?habertürk?ə istinadən verdiyi xəbərə görə, İraqda ?Kurtlar Vadisi?nin baş obrazı Polat Alemdarı təqlid edən bir uşaq atasını tapança ilə qətlə yetirib. İraqın İNA agentliyinin xəbərinə görə, Nəcəfdə Polat Alemdara özənən adı açıqlanmayan bir uşaq atasının avtomobilindəki tapançanı özünün oyuncağı hesab edərək götürüb və atasına tuşlayıb. "Ata, mən Polat Alemdar, əllərini qaldır, qaldırmasan səni vuracam? deyib atəş açıb. Tapançadan açılan atəş nəticəsində güllə onun ürəyindən dəyib vg hadisə yerindəcə keçinib. Qeyd edək ki, analoji hadisə Azərbaycanda da baş verib. Bir müddət əvvəl iki nəfər restoranda özlərini Polat Alemdar və Memati zənn edərək, ofisantı qətlə yetirmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA