Lerik və Yardımlıda güclü qasırğa dağıntılar törədib

img

03-01-2010 [03:02]


Yanvarın 2-dən 3-nə keçən gecədən başlayan güclü külək Lerik və Yardımlı rayonlarında ciddi dağıntılara səbəb olub. Güclü qasırğa bölgənin bütün rayonlarını cənginə alıb. Hazırda Lerik rayonunda küləyin sürəti saniyədə 45-50 metrə çatır. Rayon Fövqəladə Hallar Komissiyasının sədrinin müavini Baləmi Rzayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayonun elektrik təsərrüfatı iflic vəziyyətə düşüb, 110 elektrik dirəyi aşıb, on kilometrlərlə naqil qırılıb. Nəqliyyatın hərəkətində və rayonun 9 ərazisində telefon rabitəsində problemlər yaranıb. Güclü külək 20-dən artıq orta məktəbin və uşaq bağçalarının dam örtüyünü dağıdıb. Hazırda Lerik və Yardımlı rayonları tamamilə işıqsızdır. Bölgəyə gələn yüksək gərginlikli elektrik xətlərində qəza baş verdiyindən qonşu Lənkəran, Astara və Masallı rayonlarının bəzi yaşayış məntəqələri də işıqsız qalıb. Güclü külək Lerikin 40-cı km-dəki Bırkandul kəndi ərazisində 5 hektar meşə sahəsində baş vermiş yanğının söndürülməsində də problemlər yaradıb. Baş vermiş hadisə ilə əlaqədar Respublika FHN-nə və Nazirlər Kabinetinə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA