Ramil Usubov Ziya Məmmədovun qardazı oğlunu Qubaya polis rəisi göndərdi

img

29-12-2009 [03:56]


Daxili işlər naziri Ramil Usubov yeni kadr islahatları aparıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazirin əmri ilə Salyan rayon polis idarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əməri ilə F.Məmmədovun Quba rayon polis idarəsinə rəis göndərildiyi bildirilir. Qubanın polis rəisi Şəhriyar Şəmşirli isə vəzifədən kənarlaşdırılıb, hələlik onunla bağlı hər hansı qərarın verilmədiyi bildirilir. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə onlarda hələlik məlumat olmadığını deyb. Qeyd edək ki, F.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Qubanın polis rəisi Şəhriyar Şəmşirli isə ?Azəryolservis? ASC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, F.Məmmədovun Salyan polisindən uzaqlaşdırılması sabiq hərbi komissar Əliağa Hüseynovun bu rayona icra başçısı təyin olunması ilə bağlıdır: ?Əliağa Hüseynov da Ziya Məmmədovun qohumudur. Fuad Məmmədovun da icra başçısı ilə qohum olması DİN rəhbərliyi tərəfindən müsbət qəbul olunmur. Ona görə də Ramil Usubov Fuad Məmmədovu Qubaya göndərməklə, vəziyyətdən çıxış yolu tapıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA