Ramil Usubov Gürcüstanın daxili izlər nazirini qəbul edib

img

28-12-2009 [01:05]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri İvane Merabişvilini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ramil Usubov iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib. Daha sonra R. Usubov ölkədəki kriminogen durum, ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. Gürcüstanın daxili işlər naziri İvane Merabişvili əməkdaşlığın möhkəmlənməsinə göstərilən səylərə görə minnətdarlıq edib, əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA