Bakıda iz adamının avtomobilindən 190 min manat oğurlanıb

img

28-12-2009 [12:54]


Bakıdan iş adamının maşınından külli miqdarda pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, naməlum şəxslər Xətai prospektində iş adamı Anar Süleymanova məxsus ?Range Rover? markalı avtomobildən şüşəni sındıraraq 190 min manat pul oğurlayıblar. BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edənlər əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov və Fariz Kərimov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA