DiN çevik Polis Alayı və Nizami RPi əməkdazları mazın oğrusunu tutub

img

23-12-2009 [03:46]


Bu gün gecə saatlarında Bakıda maşın oğurluğu hadisəsi qeydə alınıb. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dekabrın 23-də saat 01.00 radələrində Nizami rayonundakı İ.Məmmədov küçəsindən Bakı şəhər sakini Qərib Baxışova məxsus ?VAZ-21011? markalı avtomaşın qaçırılıb. DİN Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elvin Şükürov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA