üç ay əvvəl ailə qurmuz 21 yazlı gənc intihar etdi

img

17-12-2009 [12:50]


Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Kürdəmir rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, dekabrın 16-da saat 16:00 radələrində rayonun Sorsor kənd sakini 21 yaşlı Namiq Kərimov özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq intihar edib. Qeyd edək ki, heç bir yerdə işləməyən N.Kərimov üç ay əvvəl ailə qurubmuş. Hazırda Namiqin özünəqəsd etməsinin səbəbləri araşdırılır. Artıq ailə üzvləri və yaxınlarının ifadəsi alınıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA