italiyanın baz naziri Silvio Berlusconiyə hücum olub

img

14-12-2009 [02:46]


İtaliyanın Milan şəhərində bu ölkənin baş naziri Silvio Berlusconiyə hücum olub. İtaliya mətbuatının xəbərinə görə hadisə Milan şəhərində siyasi tərəfdaşları ilə keçirdiyi toplantısından sonra baş verib. Görüşdən sonra avtoqraf paylayan Berlusconiyə bir nəfər hücum edərək əlindəki əşyanı baş nazirin üzünə atıb, Berlusconi aldığı zərbədən yerə yıxılıb.İtaliya TV-sı dodağından qan axan Berlusconinin maşına mindiyini anların görüntülərini yayıb. Baş nazirə hücum edən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Onun 42- yaşlı Milan sakini Massimo Tartalya olduğu aydınlaşıb. Silvio Berlusconiyə hücum edən şəxsin indiyə kimi polislə problemi olmayıb və o hər hansı bir terror təşkilatının üzvü deyil. Berlusconini dəstəkləyən Liqa Nord partiyasının rəhbəri Umberto Bossi bu hücumu Baş nazirə qarşı terror kimi qiymətləndirib. Xatırladaq ki, son günlər Silvio Berlusconi korrupsiya ittihamları ilə növbəti məhkəmə prosesinə cəlb olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR