DYP zöbəsinin rəisi Elçin isgəndərovun oğlu qəza törətdi: 2 ölü, 1 yaralı

img

08-12-2009 [07:07]


Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında Binəqədi şosesində 21 yaşlı Cavid İsgəndərovun idarə etdiyi ?Nissan Teana? və Cəlilabad rayon sakini, 38 yaşlı Qabil Məmmədovun idarə etdiyi ?VAZ-2107? markalı avtomobillər toqquşub. Qəza nəticəsində ?Nissan Teana? hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə də zərbə ilə dəyib. Nəticədə Q.Məmmədov hadisə yerində, ?Nissan Teana? markalı avtomobilin sərnişini, İmişli rayon sakini 47 yaşlı Sahib Həsənov isə xəstəxanaya aparılarkən yolda keçinib. ?Nissan Teana? markalı avtomobilin sürücüsü 21 yaşlı Cavid İsgəndərov isə ağır xəsarətlə 1 saylı şəhər xəstəxanasına aparılıb. Ona beyin silkələnməsi, kəllə-beyin travması və aşağı ətrafın sınığı diaqnozu qoyulub. C.İsgəndərovun beynində qansızma və hematoma olduğundan, o təcili əməliyyat olunub, vəziyyəti ağırdır. Qəza nəticəsində avtomobillər sıxıldığından, yaralılar və ölənlər maşından FHN-nin xilasedicilərinin köməkliyi ilə çıxarılıb. Qeyd edək ki, Cavid İsgəndərovun Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Elçin İsgəndərovun oğlu olduğu bildirilir. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində AR CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA