Sumqayıtda iki qardaz oksigen balonu ilə ehtiyatsız davrandıqlarına görə yandılar

img

08-12-2009 [01:29]


Sumqayıt şəhərində Asvaltzavod qəsəbəsində yaşayan İlham Hüseynov və qardaşı İlqar Hüseynov yanıq xəsarətləri alıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə dünən saat 11.00 radələrində qeydə alınıb. Belə ki, qardaşlar həyətlərindəki oksigen balonu ilə ehtiyatsız davrandıqlarından yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA