Yol qəzası ana və oğulun həyatına son qoydu

img

07-12-2009 [05:43]


Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Zaur Xeyrullayev idarə etdiyi ?Ford? markalı avtomaşını maneəyə vurub. Nəticədə Z.Xeyrullayevin sərnişini, Qobustan qəsəbəsi sakini Şəhriyar Seyidi hadisə yerində ölüb, xəsarət almış Z.Xeyrullayev isə xəstəxanaya yerləşdirilib. Xırdalan şəhərində, şəhər sakini Baba İsgəndərov ?Daewoo? markalı avtomaşını idarə edərkən həmyerliləri Könül Xayatovanı və onun oğlu Eltacı vurub. Nəticədə K.Xayatova və Eltac hadisə yerində ölüblər. Cəlilabad rayonu Cəlayir kəndində Buravar kənd sakini Şahəli Niftiyev idarə etdiyi ?Ural? markalı avtomaşını aşırıb. Nəticədə Ş.Niftiyevin sərnişini, Buravar kənd sakini Cabir Ağayev hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Goranboy rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Füzuli Mustafayev vurulub. Nəticədə F.Mustafayev hadisə yerində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA