Hövsanda 27 yazlı gənci bıçaqladılar

img

04-12-2009 [12:18]


Dekabrın 3-ü Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, saat 03.00 radələrində Hövsan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Əhmədov Emin Qərib oğlu daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlərlə ?Azərsutikinti? xəstəxanasına daxil olub. Suraxanı RPİ 30-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən həmin qəsəbə sakini, 1983-cü il təvəllüdlü Həsənov Taleh Qurban oğlu tutulub. Faktla bağlı CM 126-cı (qəsdən sağlamlığa ağır zəzər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA