Gəncə-Bakı reysi ilə hərəkət edən sərnizin avtobusu qəzaya uğradı; ölən və yaralananlar var

img

03-12-2009 [06:00]


Gəncə-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb. Gəncədən Bakı istiqamətində hərəkət edən ?Daewoo? markalı sərnişin avtobusu Ucar rayonu ərazisində qarşıdan gələn ?Kamaz?la toqquşub. Ucar rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, hadisə saat 05.00 radələrində baş verib. Qəza zamanı avtobusda olan sərnişin, 33 yaşlı Gəncə şəhər sakini Yalçın Ələkbərov ağır xəsarətlə xəstəxanaya aparılıb. Onun xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA