Oğurluqla məzğul olan 3 nəfər həbs olundu

img

02-12-2009 [06:48]


Dekabrın 1-də Səbail rayonu T.Elçin küçəsindəki Kontinental market mağazasından giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Tərlan Hüseynov DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, sonrakı araşdırmalar aparılması üçün Səbail RPİ-nin 9-cu polis bölməsinə təhvil verilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Kamal Məmmədova məxsus sexdən 3 ədəd darvaza və 2 ədəd qapı oğurlayıb hadisə yerindən qaçmış Ruslan Məmmədov tutulub. Bu il noyabrın 30-da Sabunçu qəsəbə sakini Malik Hüseynovun evindən mobil telefonu və geyim əşyaları oğurlanıb. Sabunçu RPİ 12-ci polis bödməsinin əməkdaşları hadisəni törətmiş qəsəbə sakini Xələddin Hüseynovu yaxalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA