Gün ərzində 24 cinayət faktı qeydə alınıb

img

02-12-2009 [06:45]


Respublikanın daxili işlər orqanları tərəfindən dekabrın 1-də 24 cinayət faktı qeydə alınıb, onların da 15-i ?isti izlər?lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 19 nəfər tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA