Dəvəçili bacıların qətlinə görə həbs olunmuz məhkum özünü asıb

img

01-12-2009 [02:52]


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dəvəçinin Dağ Bilici kəndində iki azyaşlı bacının oğurlanaraq, öldürülməsində təqsirləndirilərək məhkum edilən Elnur İsmayılovun intihar etməsi barədə məlumatı təkzib edib. Penitensiar Xidmətin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: ?Elnur İsmayılov sağ-salamatdır. Özü də həmin məhkum Müalicə Müəssisəsində yox, istintaq təcridxanasında saxlanılır. Hal-hazırda həmin işlə bağlı apelyasiya şikayətinə baxıldığı üçün E.İsmayılov istintaq təcridxanasında saxlanılır. Apellyasiya şikayətinə baxıldıqdan sonra məhkəmənin qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcək?. M.Sadıqov Elnur İsmayılovun saxlanma şəraitində və psixoloji durumunda hər hansı problem olmadığını vurğulayıb. Qeyd edək ki, Elnur İsmayılov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. ?Azadlıq? qəzeti Penitensiar Xidmətin Müalicə Müəssisəsində E.İsmayılovun intihar etməsi barədə məlumat yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA