Valyutadəyizmə məntəqəsinə basqın edən zəxsin axtarızı davam etdirilir

img

01-12-2009 [02:49]


Bakının Nərimanov rayonunda yerləşən valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin axtarışları davam etdirilir. Nərimanov rayon prokurorunun müavini Cavid Quliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, faktla bağlı hələlik saxlanılan yoxdur. Qeyd edək ki, noyabrın 12-də naməlum şəxs ?Debütbank?ın Atatürk prospektində yerləşən 24 saylı valyutadəyişmə məntəqəsinə hücum edib. Kağıza bükülmüş boruya oxşar dəmirlə silahlanan şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq məntəqə əməkdaşı, 1988-ci il təvəllüdlü Tərlan Məlikova xəsarət yetirib. Məntəqəyə basqın edən şəxs oradan 8 000 manata yaxın pul aparıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA