Sumqayıt zəhər sakini həyat yoldazını bıçaqla qətlə yetirdi

img

30-11-2009 [03:15]


Dünən Saat 08.55 radələrində Sumqayıt şəhər sakini Mehman Vazehi sərxoş halda, bıçaq xəsarəti almış vəziyyətdə 16-cı mikrorayon ərazisindəki kirayədə yaşadığı evə gəlib və orada ölüb. Daxili İşlər Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə,Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Vazehinin 5-ci mikrorayonda yaşayan tanışı Yelena Şıxəliyevanın evində olarkən aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən bıçaqlanması müəyyən edilib. Y.Şıxəliyeva tutulub. M Vazehini qətlə yetirən şəxsin onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Yelena Şıxəliyeva olduğu müəyyən edilib. Polis tərəfindən saxlanılan Y.Şıxəliyeva ilkin dindirilmə zamanı hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA