Qubada 15 yazlı gəlin toy günü özünü asıb

img

28-11-2009 [04:14]


Qubada səhər saat 08:05 radələrində faciə baş verib. Belə ki, bu gün qızlarını ərə verəcək valideynlər onu heyvandarlıq fermasının dəmir çardağında özünü asmış vəziyyətdə tapıblar. Quba rayon Prokurorluğunun müstəntiqi Zamin Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, intihar edən qız Susay kəndində qeydiyyatda olan 1994-cü il təvəllüdlü Bənövşə Fərid qızı Fərzəliyevadır. Müstəntiqin bildirdiyinə görə, 15 yaşlı qız valideynlərinin onu sevdiyi şəxsə deyil, başqa birinə ərə vermələri səbəbindən intihar edib. Qeyd edək ki, qız toyu noyabrın 25-də baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA